Xerox Korporasiyasının Azərbaycandakı rəsmi tərəfdaşı olan Xerotek şirkətinin internet saytına xoş gəlmisiniz. Biz 1996-cı ildən İT texnologiyaları, ofis avadanlığı və operativ çap xidmətləri bazarında öz mövqemizi tutmuşuq.

İstənilən ofisin etibarlı və səmərəli fəaliyyəti üçün zəruri olan geniş çeşiddə Xerox avadanlığının tədarükü üzrə əməkdaşlıq təklif edirik.

Çap və surət çıxarma və digər Xerox avadanlıqları biznesinizin sənəd dövriyyəsi ilə bağlı bütün problemlərini həll etməyə kömək edəcəkdir.

Xerox texnikasına yatırtdığınız sərmayəni etibarlı şəkildə qorumaq üçün orijinal sərfiyyat materialları, ehtiyat hissələri, kağız və digər çap materiallarını təklif edirik.

Xerox korporasiyası təlim mərkəzində təhsil almış sertifikatlı servis mühəndisləri bizdən alınan avadanlıqları quraşdırıb işə salacaq, zəmanət dövründəki və zəmanətdən sonrakı müddət ərzində fasiləsiz işləməsini təmin edəcəkdir.

Xerox avadanlığı üzərində işləyən operativ çap və poliqrafiya mərkəzi tam rəngli və ağ-qara surətlərin çıxarılması, elektron daşıyıcılardan çap, iriformatlı çap üzrə sifarişlərinizi tez və keyfiyyətlə yerinə yetirəcək və yüksək tələblərinizə cavab verən çap məhsulları istehsal edəcəkdir.